InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya
maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində
gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Avropada müharibənin davam etməsi fonunda EURUSD məzənnəsinin
gələcək qiyməti proqnozları da aşağı salınmaqdadır. Təhlillərə
əsasən, avro 1.09$-a kimi enə bilər.
Bununla yanaşı, carı həftə ərzində cümə günü Bakı vaxtı ilə saat
17:30-da Amerikanın əmək bazarı ilə bağlı yayımlanacaq önəmli
göstəricilər də investorların diqqət mərkəzində olacaqdır.
GBP.
Eyni texniki mənzərə GBPUSD məzənnəsində də müşahidə edilir.
Hazırda 1.34$-ın altında ticarət edilən funt sterlinq, 1.32$-a
ucuzlaşa bilər.
TRY.
Foreksdə dolların bahalaşması, özünü USDTRY məzənnəsində də
göstərir. 14TL-nin üzərində təklif edilən məzənnə, 15TL-nin üzərinə
yüksələ bilər.
Cümə axşamı saat 11:00-da dərc ediləcək Türkiyədə inflyasiya
səviyyəsi də önəmli rol oynayacaqdır.
OIL.
Enerji birjalarında neftə olan tələbin daha da artması ilə Brent
102$-a bahalaşıb və növbəti yaxın səviyyə isə 111$-dır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft
ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər
tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Dünyada siyasi və iqtisadi risklərin artması ilə qızıl da dəyər
qazanmaqdadır və 1938$-ın (62.3 $/qram) qırılması ilə burada da
yüksəliş sürətlənə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
www.investaz.az veb saytı
vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin
fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı
lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti
(forex), fərdi investorların portfelinin idarə edilməsi, market
meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət
göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir.
Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna
daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən
məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya
əməliyyatları üzrə heç bir öhdəlik daşımır.