“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz – Diqqətlər Avrozona və İngiltərə sənayesində

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya
maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində
gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Amerikada yüksək inflyasiya və Avropada müharibə riskləri
fonunda dünya birjalarında qeyri-müəyyənlik müşahidə edilir. EURUSD
bir həftədir 1.13 – 1.14$ aralığında dalğalanmaqdadır.

Bu istiqamətdə bu həftə bazar ertəsi Bakı vaxtı ilə saat
12:30-da Almaniyadan və yarım saat sonra Avrozonadan dərc ediləcək
sənaye sektoruna dair işgüzarlıq indeksi önəmli rol oynayacaqdır.
Çərşənbə günü saat 14:00-da açıqlanacaq Avrozonadan inflyasiya
rəqəmləri də diqqət mərkəzindədir.

GBP.

Eyni texniki mənzərə GBPUSD məzənnəsində də müşahidə edilir.
Hazırda 1.36$-ın üzərində müqavimətlə rastlaşan funt sterlinqin
gələcək qiyməti üçün də bazar ertəsi İngiltərədən yayımlanacaq
sənaye sektorunda aktivlik indeksi böyük maraqla gözlənilir.

TRY.

USDTRY məzənnəsində isə yanvar ayından etibarən stabilləşmə
təmin edilib. Lirə 13 səviyyələri ətrafında dalğalanmaqdadır və
üfüqi trendin davam edəcəyi proqnozlaşdırılır.

OIL.

Enerji birjalarında neftə olan tələbin yüksək olması ilə yanaşı,
təklifin artması ehtimalları Brent qiymətinin 93$-a enməsinə səbəb
olub və korreksiya 88$-a kimi dərinləşə bilər.


Cümə axşamı saat 20:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları
ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük
maraqla gözlənilir.

GOLD.

Yüksək inflyasiya risklərinin yenidən gündəmə gəlməsi ilə
qızılda da yüksəliş bərpa olunub. Gələcək günlər ərzində isə
növbəti dalğa üçün 1903$-ın (61.2 $/qram) qırılması vacib rol
oynayacaqdır. Bundan sonra bahalaşma 1942$-a (62.4 $/qram) kimi
güclənə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və
www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin
fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı
lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti
(forex), fərdi investorların portfelinin idarə edilməsi, market
meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət
göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir.
Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna
daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən
məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya
əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Teqlər: