InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Avrozonada siyasi və iqtisadi risklərin artması, avronun 1.15$-da müqavimətlə rastlaşaraq ucuzlaşmasına səbəb olub. Beləliklə, ucuzlaşma 1.13$-a kimi sürətlənə bilər.
GBP.
İngiltərədə də hökümət ətrafında təzyiqlərin artması, funt sterlinqin ucuzlaşmasına səbəb olub və burada eniş dalğası 1.35$-a kimi davam edə bilər.
TRY.
USDTRY məzənnəsi cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da TCMB tərəfindən dərc ediləcək yeni faiz qərarı öncəsi 13 – 14TL aralığında dalğalanmaqdadır.
Təhlillər isə lirənin bahalaşa biləcəyi, USDTRY məzənnəsinin enəcəyi istiqamətindədir.
OIL.
Enerji birjalarında neftə olan tələbin yenidən artdığı müşahidə edilir. Bu, Brentin bir barelinin 93$-a kimi dəyər qazanacağını proqnozlaşdırmağa əsas verir.
Cümə axşamı saat 20:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Qlobal siyasi və iqtisadi risklərin artması, qızıla olan tələbin də yüksək qalmasına səbəb olur. Beləliklə, 1823$-ın (58.6$/qram) qırılması ilə bir unsiya üzrə qiymət 1845$-a (59.3$/qram) kimi dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.