Yazıçı-publisist İntiqam Mehdizadə 77 yaşında vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə yazıçı Şərif Ağayar məlumat verib.
Qeyd edək ki, İ.Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Üç il “Azərbaycan gəncləri” qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. “Gənclik və idman” redaksiyasına rəhbərlik edib. 5 kitab müəllifi olub.
Respublika Mətbuat Fondunun “Dan Ulduzu”, Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və “Qızıl qələm” mükafatları laureatıdır.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmaqla, həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyib.