İntihara gedənin meyiti tapıldı

İntihara gedənin meyiti tapıldı

Ötən gündən itkin düşdüyü üçün suda axtarışları aparılan uşaq 10 yaşlı Fərəcov Etibar Ramil oğlunun meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hadisə iyunun 3-də Muğan kanalının Saatlı rayonunun Qaralar kəndi ərazisindən keçən hissəsində baş verib.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

04 iyun 2017-ci il tarixində 2007-ci il təvəllüdlü, Fərəcov Etibar Ramin oğlunun cəsədi, “Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mediada yayılan məlumatlarda xaraktercə əsəbi olan uşağın evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına “intihar etməyə gedirəm” yazaraq yoxa çıxdığı bildirilirdi. Evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalında uşağın ayaqqabısının bir tayı tapıldığından, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunub və axtarışlara başlanılıb.