Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
daxil olan məlumata əsasən, Abşeron rayonunun Mehdiabad qəsəbəsində
1 nəfər yeddimərtəbəli yaşayış binasının damına çıxaraq intihar
etmək istəyini nümayiş etdirib.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına
istinadla xəbər verir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə
Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb
olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o,
özünə qəsd etmək fikrindən daşınıb.