İntihara cəhd edən qazi ilə bağlı rəsmi açıqlama

İntihara cəhd edən qazi ilə bağlı rəsmi açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xaçmazda intihara cəhd edən Yusif Seyfulla oğlu Əsədullayev barədə açıqlama yayıb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı Yusif Seyfulla oğlu Əsədullayevə 28.05.2021-ci il tarixdən III dərəcə müharibə əlilliyi təyin edilib və ona 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ilə yanaşı, əlilliyə görə 623.51 manat məbləğində pensiya ödənilir.

Bildirilib ki, Yusifə həmçinin 4400 manat sığorta ödənişi, YAŞAT Fondu tərəfindən 14648.17 manat maddi yardım edilib. Vətəndaşın anası Ağbəniz Cəlil qızı Əsədullayeva “Maldarlıq təsərrüfatı” zərfi üzrə özünüməşğulluq proqramına müraciət edərək aktivlərlə təmin olunub.

Müharibə bitdikdən sonra məşğulluq filialına yaxınlaşaraq özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib.

Xaçmaz rayon İH tərəfindən 30.08.2021-ci il tarixində imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb.

O, 27 sentyabr 2021-ci ildə nazirlik tərəfindən imtiyazlı şəxs kimi minik avtomobili ilə təmin olunub.

Teqlər: