Xəbər - Samir Əli – Trend:
İntihar hallarının idarə olunması olduqca çətindir.
AzerTimes-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlər Departamentinin Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı bildirib.
O qeyd edib ki, bəzən müharibədən qayıdan qəhrəman qazilərimiz psixoloji yardım almaqla bağlı məcburiyyətdən qaçırlar:
“Çünki bu, könüllülük əsasında olmalıdır. Gələcəkdə intihar hallarının qarşısının alınması üçün çağırı mərkəzinin yaradılmasını zəruri edir. Biz hazırda çağırı mərkəzinin yaradılması istiqamətində iş aparırıq”.