Kəngərli Azərbaycanda böyük və tanınmış nəsildir. Amma o demək deyil ki, o xanım Kəngərli ailəsindəndir.
Bu sözləri AzerTimes-a açıqlamasında tanınmış iş adamı Cəlal Kəngərli intihar etdiyi deyilən həkim Xalidə Kəngərli ilə qohumluğu olub-olmaması barədə danışarkən deyib.
O bildirib ki, Naxçıvandan başqa Ağdam və Tərtərdə də Kəngərlilər var:
“Qohum olub-olmadığımızı deyə bilmərəm. Kəngərlilər böyük nəsildir və mən onu tanımaya bilərəm”, – C.Kəngərli deyib.
Qeyd edək ki, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.