Polis polkovniki Zamin Həsənov Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin edilib.
AzerTimes xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi polis general-mayoru Əlaslan Ağayev idi. O, ötən ilin mayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.