İnterpolun qırmızı bülletenlə axtardığı şəxs İstanbulda saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X-də yazıb.
O bildirib ki, Böyük Britaniyanın axtarışa verdiyi Şaun Monaghan İstanbulda həyata keçirilən “Kafes-16” əməliyyatı çərçivəsində saxlanılıb.
Ş.Monaghan qanunsuz narkotik dövriyyəsi, silah ticarəti, silahla adam yaralama, silahla təhdidetmədə ittiham olunur.
Məlumata görə, o, bu il oktyabrın 25-də Türkiyəyə gəlib.