İnterpol Rusiyanı öz sıralarından kənarlaşdırmayacaq

İnterpolun nizamnaməsində onun üzvlərinə qarşı sanksiyaların
tətbiqi imkanları nəzərdə tutulmayıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə təşkilatına açıqlamasında
bildirilib.

“İnterpolun nizamnaməsində deyilir ki, təşkilat hüquq-mühafizə
orqanlarının əməkdaşlığını dəstəkləməli və açıq kommunikasiya
kanallarını təmin etməlidir. İnterpolun mandatında sanksiyaların
tətbiqi, cəza tədbirlərinin görülməsi nəzərdə tutulmur. Bundan
əlavə, nizamnamədə hansısa ölkənin çıxarılması və ya üzvlüyünün
dayandırılması mümkünlüyü barədə bəhs olunmur”, – deyə açıqlamada
qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl bir sıra ölkələr İnterpolu Rusiyanın
qurumdakı üzvlüyünü dayandırmağa çağırıb.