İnternet provayderlərinə seçkilərlə bağlı tapşırıq verildi

İnternet provayderlərinə seçkilərlə bağlı tapşırıq verildi

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) növbədənkənar prezident seçkilərinin operativ idarə edilməsinin texniki təminatını həll etmək məqsədilə yaradılmış işçi qrupunun ilk iclası keçirilib.

Bu barədə AzerTimes-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı cari ilin 15 dekabr tarixində XRİTDX-də etibarlı və dayanıqlı texniki vasitələr ilə təmin edilməsi üzrə yaradılmış işçi qrupunun ilk iclası keçirilib. XRİTDX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Delta Telecom LTD, Ultel MMC və R.İ.S.K. şirkətinin nümayəndələrindən ibarət olan işçi qrupunun ilk iclası keçirib

Müzakirələrdə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən ediləcək siyahılara əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə avadanlıqları ilə təmin olunması məsələlərinə baxılıb.

İclasda seçkilər ilə əlaqədar müvafiq tədbirlərin görülməsi və mütəmadi müzakirələrin keçirilməsi qərara alınıb.

Teqlər: