İnternet çox vaxt keçirənlərdə bu fobiya yarana bilər

İnternet çox vaxt keçirənlərdə bu fobiya yarana bilər

İnternetdə çox vaxt keçirirənlərdə netlessfobiya yarana bilər.

AzerTimes xəbər verir ki, araşdırmalara görə bu fobiyanın mahiyyəti internetin kəsilməsi və ya daxil olmağın qadağan edilməsi qorxusudur.

Bu fobiya yaranan şəxslər internetin olmadığı bir mühitdə özlərini hüzursuz, qorxulu, narahat hiss edirlər.

Netlessfobiyanın ilkin əlaməti mesaj və ya bildiriş gəlmədiyi, hətta internetin olmadığı halda belə səbəbsiz yerə sosial mediaya girib-çıxmaqdır.

Mütəxəssislər bildirirlər ki, bu fobiyanın ağır formasını yaşayan adamlar mütləq psixiatra müraciət etməli, müalicə almalıdır.

Teqlər: