Azərbaycanda internat məktəblərindən birində uşaqlara qarşı zorakılıq edildiyi barədə sosial şəbəkələrdə görüntü yayılıb.
AzerTimes xəbər verir ki, bununla bağlı “Qız Qalası” Teleqram kanalı görüntü paylaşıb.
Məktəbin şagirdlərindən biri onları dəyənək və taxta ilə döydüklərini, işgəncə verdiklərini, hətta özünü asmaq həddinə çatdığını bildirib.
Qeyd edək ki, görüntünün hansı internat məktəbində çəkildiyi hələlik məlum deyil.