“Latsio”nun argentinalı yarımmüdafiəçisi Xoakin Korrea karyerasını “İnter”də davam etdirəcək.
AzerTimes xəbər verir ki, milanlılar bu keçidə görə Roma klubuna 30 milyon avro ödəyəcək.
Korrea artıq “neradzurra” ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.
Xoakin “Latsio”ya qədər “River Pleyt”, “Estudiantes”, “Sampdoriya” və “Sevilya”da da çıxış edib.