“İnter” İtaliya kubokunun sahibi oldu

“İnter” İtaliya kubokunun sahibi oldu

“İnter” klubu doqquzuncu dəfə futbol üzrə İtaliya kubokunun sahibi olub.

AzerTimes xəbər verir ki, Romada keçirilən final oyununda “İnter” klubu “Fiorentina” ilə qarşılaşıb. Görüş “İnter”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milan təmsilçisinin heyətində Lautaro Martines dubl edib, “Fiorentina”nın qolunu isə Nikolas Qonsales vurub.

Qeyd edək ki, “İnter” 1939-cu, 1978-ci, 1982-ci, 2005-ci, 2006-cı, 2010-cu, 2011-ci və 2022-ci illərdə kuboku qazanıb.

Teqlər: