Mikroprosessorların aparıcı təchizatçılarından biri olan ABŞ-ın “Intel” şirkəti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyadakı
fəaliyyətini dayandırır.
AzerTimes-ın
məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti bildirib.
“Bundan sonra biz Rusiyada bütün biznes fəaliyyətini
dayandırdıq”, – şirkətin saytında qeyd olunub.
Intel əlavə etdi ki, onlar “işçilərinə, o cümlədən Rusiyada 1,2
min işçiyə dəstək olmaq üçün çalışırlar”.