Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb.
AzerTimes xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:
“O, səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, Kifayət Gəncəlinin “Qızıl fond”da 300-ə yaxın lent yazısı var. Onların arasında “Leylam”, “Elə bağlıyam”, “Tələbəlik illəri”, “Xatırla məni” və digər ifaları var. 2007-ci ildə müğənni “Əməkdar artist” fəxri adına layiq görülüb.