Bir sıra ölkələrdə “Instagram” sosial şəbəkəsinin işində fasilələr müşahidə olunur.
AzerTimes-ın məlumatına görə, bu barədə Downdetector xidməti xəbər verib.
Ən çox şikayət ABŞ və Almaniyadan gəlib. ABŞ istifadəçiləri əsasən tətbiqin işləməsindən şikayətlənirlər. Almaniyadan olan istifadəçilər də xəbər lentinə baxmaqda çətinlik çəkirlər.
Həmçinin Böyük Britaniya, Kanada, İsveç və Fransadan problemlər barədə məlumatlar gəlib.