İnstaqram sosial şəbəkəsi daha bir yeni funksiya tətbiq edib.
Funksiyaya əsasən, artıq bir paylaşımda 10 ədəd şəkil yerləşdirmək mümkün olacaq. Bu barədə şirkətin bloqunda yerləşdirilən məlumatda bildirilir.
Yeni paylaşımdan öncə xüsusi düyməni basmaq, daha sonra isə 10 foto seçmək lazımdır.
Şəkilləri ümumilikdə bir formada və ya ayrılıqda redaktə etmək mümkün olacaq.