İnstagramda canlı yayımlar ilə bağlı yenilik

İnstagramda canlı yayımlar ilə bağlı yenilik

Facebook şirkəti məşhur Instagram fotoservisinin canlı yayımlar özəlliyinə yeni funksiya əlavə edib.
Belə ki, bundan sonra Instagram-da olmuş canlı yayımları IGTV-də saxlamaq mümkün olacaq.

Qeyd etmək lazımdır ki, daha əvvəllər canlı yayım videolarını yalnız 24 saat müddətində Stories-də saxlamaq mümkün olurdu.
Instagram tərtibatçıları bu yeni özəlliyi o səbəbə görə əlavə ediblər ki, bir çox musiqiçilər xüsusi karantin dövründə canlı yayım vasitəsilə daha çox konsertlər keçirdərək insanlara dəstək olurlar. Bununla yanaşı istifadəçilər Instagram-dakı canlı yayım videolarını yükləyərək onları Youtube kimi servislərdə paylaşa bilərlər.