“Instagram” Azərbaycanda ən populyar sosial şəbəkə olub

Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:

2021-ci ilin fevralında Azərbaycanın sosial şəbəkə bazarında “Instagram” 22,78 faiz payla birinci yerdə qərarlaşıb

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə 22,22 faiz göstərici ilə “Twitter” olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı yanvarla müqayisədə 1,95 faiz artıb.

“YouTube” sosial şəbəkəsinin istifadəçilərinin sayı 0,93 faiz artaraq 20,23 faiz təşkil edib.


“Facebook” istifadəçilərinin fəallığı ötən ay müqayisədə dəyişməz qalaraq 18,57 faizə bərabər olub.

“Pinterest”in payı 14,69 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,65 faiz təşkil edib.