Xəbər - Fərid Zöhrabov – Trend:
Parklar şəhərə xüsusi gözəllik verir. Bakıda salınan yeni parklardan biri də “Gənclik” parkıdır. Xətai rayonunda yerləşən bu park, ərazisinin böyüklüyü ilə seçilir. 43 hektar ərazisi olan parkda həm uşaqların, həm də böyüklərin istirahəti üçün şərait yaradılıb. Burada fiziki məhdudiyyətli şəxslərin istirahət etməsi üçün də hər cür imkan var.
Parkın bir aya yaxındır açılmasına baxmayaraq, sakinlərin sevimli məkanına çevrilib.
Trend-in fotomüxbiri Zaur Mustafayev “Gənclik” parkının görüntülərini lentə alıb.
FOTO – Zaur Mustafayev