İnsanlar Qurban bayramında diqqətli olmalıdır – Baş infeksionist

Xəbər - Samir Əli – Trend:

Qurban bayramı zamanı kütləvi təmas halının olması qaçılmazdır. Ona görə də vətəndaşlarımız diqqətli olmalıdırlar.

AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, bayram ərəfəsində insanlar arxayın olmamalı və sosial məsafələrə əməl etməlidirlər: “Sosial məsafə saxlanılmalı, maska taxılmalıdır. Bu gün mövcud olan peyvəndlərin hamısı yeni ştamlara qarşı effektivdir. Yay aylarında, bayram günlərində vətəndaşları diqqətli və məsuliyyətli olmağa çağırıram. İnsanlar pandemiyanın bitməsini düşünməsin. Sadəcə, yoluxma halı bu gün elə də yüksək deyil. Bunu da uzunmüddətli qabaqlayıcı tədbirlər nəticəsində əldə etmişik”.

Teqlər: