Süni intellekt insanları işləmək ehtiyacından azad edəcək.
AzerTimes xəbər verir ki, bunu “SpeysX” şirkətinin qurucusu İlon Mask Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşündə deyib.
“İşə ehtiyac olmadığı bir an gələcək. Yalnız şəxsi məmnuniyyət üçün istəsəniz, işləyə bilərsiniz”, – Mask bildirib.