Nanəli çay çox dadlı və eyni zamanda müalicəvi içkidir.
Bu ətirli içkinin bir çox faydalı xüsusiyyətləri var:
– sakitləşdirir, yorğunluğu aradan qaldırır, sinir gərginliyi azaldır, streslə mübarizə etməyə kömək edir
– baş ağrılarını götürür
– miqren tutması zamanı xəstənin vəziyyətini yaxşılaşdırr
– yuxusuzluq zamanı kömək edir
– həzmi yaxşılaşdırır, qarında spazmların, köpün, ağrıların qarşısını alır
– ürəkbulanması zamanı yaxşı kömək edir
– soyuqdəymə və zökəm zamanı faydalıdır
– ürək-damar sistemi xəstəlikləri zamanı müalicəvi təsir edir – damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini yaxşılaşdırır
– nanəli çay qadın sağlamlığına çox müsbət təsir edir – menstruasiya ağrılarını azaldır, klimaks zamanı qadının vəziyyətini yüngülləşdirir.
Nanəli çay dəmləmək üçün 1 çay qaşığı quru nanənin üzərinə 1 stəkan qaynar su tökün, 15 dəqiqə dəmləyin və süzün. Gün ərzində 1 stəkan nanəli çay içmək kifayətdir. Çaya bal, limon əlavə etmək olar.
Həmçinin adi qara çay və ya yaşıl çay dəmlədikdə çaydana nanə əlavə edə bilərsiniz.