İnsan alverinə qarşı mübarizə ilə bağlı idarələrarası komissiyaların tərkibi yenidən formalaşdırılacaq

“İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə
Mexanizmi Qaydaları”nda dəyişiklik edilib.

Nazirlər Kabinetindən AzerTimes-a
verilən məlumata görə, “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli qərarı ilə
təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli
İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair
2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata
keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.1.9-cu yarımbəndinin
icrasını təmin etmək məqsədilə hazırlanıb.

Həmin yarımbənddə insan alveri qurbanları ilə bağlı Milli
İstiqamətləndirmə Mexanizminin daha səmərəli həyata keçirilməsi,
insan alverinə qarşı mübarizədə koordinasiyanın gücləndirilməsi
məqsədilə müvafiq idarələrarası komissiyanın və İnsan alverinə
qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun hüquqi
statusuna yenidən baxılması, ixtisaslaşmış qeyri-hökumət
təşkilatları və beynəlxalq təşkilatlar cəlb edilməklə tərkibinin
yenidən formalaşdırılması nəzərdə tutulüb.

Qeyd edilən yarımbəndin icrası ilə əlaqədar insan alveri
qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata
keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın hüquqi
statusuna dair məsələlərin tənzimlənməsi məqsədilə adıçəkilən Qərar
qəbul edilib.

Bundan sonra İnsan alveri qurbanları ilə bağlı Milli
İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış
idarələrarası komissiyanın tərkibi aidiyyəti təşkilatların rəhbər
müavinlərindən və bu sahədə ixtisaslaşmış qeyri-hökumət
təşkilatlarının rəhbərlərindən ibarət olmaqla yenidən
formalaşdırılacaq, idarələrarası komissiyanın təklifi və qarşı
tərəfin razılığı əsasında müvafiq beynəlxalq təşkilatların
Azərbaycan Respublikasındakı nümayəndəliklərinin komissiyanın işinə
cəlb edilməsi mümkün olacaqdır. Həmçinin idarələrarası komissiyanın
fəaliyyətinin təmin edilməsi, vəzifə funksiyaları və s. məsələlər
dəqiq tənzimlənəcəkdir.

Teqlər: