Xəbər - Fərid Zöhrabov -Trend:
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxt ərazisində piyada təhlükəsizliyi və rahatlığının təmin olunması, əlçatanlığın artırılması istiqamətində işlər davam etdirilir.
BNA-dan Trend-ə verilən məlumata görə, yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yeni piyada səkisi inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib.
Bu çərçivədə yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq İnşaatçılar prospektində əlçatanlıq səviyyəsi daha da artırlıb. Belə ki, “Statistika dairəsi” ətrafında əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa edilib.
Hazırda Bakı şəhərinin bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir.