İnşaat mühəndisliyi ixtisası üzrə əlavə təhsil alanlara diplomlar verilib (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) inşaat mühəndisliyi ixtisası üzrə kadrların yenidən hazırlanması kursunda 1 illik proqram əsasında əlavə təhsil alan Maliyyə Nazirliyinin əməkdaşlarına bu gün diplomlar verilib. Diplomları Universitetin rektoru, professor Gülçöhrə Məmmədova təqdim edib.

Bu gün müdavimlərlə görüşən rektor onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, əlavə təhsil müasir şəraitdə hər bir vətəndaşın əmək bazarında yüksək rəqabətqabiliyyətliliyə malik ola bilməsi üçün fasiləsiz təhsil almaq imkanını təmin edir. Eyni zamanda onun yeni peşələrə, ixtisaslara yiyələnməsi, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinə xidmət edir. G.Məmmədova gələcəkdə də ehtiyac olarsa, təhsil müəssisəsi olaraq belə kursların yaradılmasına hazır olduqlarını bildirib.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyinin 06.10.2020-ci il və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 04.11.2020-ci il tarixli məktublarına əsasən adıçəkiən qurumun 13 əməkdaşı AzMİU-da İnşaat mühəndisliyi ixtisası üzrə 1 illik əlavə təhsil alıblar. Nazirlər Kabinetinin müvafiq qaydlarına əsasən 23.11.2020-ci ildən əlavə təhsil alan müdavimlərin dərsləri COVİD 19 pandemiyası səbəbindən onlayn təşkil olunub. Kursu müvəffəqiyyətlə bitirən müdavimlər sonda buraxılış imtahanları veriblər.

Teqlər: