G7 ölkələrinin 2022-ci ilin sonunadək inkişaf etməkdə olan ölkələrə 2,3 milyard doza peyvəndin tədarük ediləcəyi planları açıqlanıb.
AzerTimes-ın İnterfaksa istinadən verdiyi xəbərə görə, bu tədbirə Britaniya, Kanada və Aİ ölkələri hərəsi 100 milyona doza peyvənd tədarük etməklə qoşulacaqlar. Bu sayın dəyişə biləcəyi qeyd olunur.
Daha əvvəl Angela Merkel jurnalistlərə koronavirus qarşına peyvəndin qlobal istehsalatının dəstəklənməsini vacib saydığını bildirib.