İnhisarçılıq mövcuddur, süni qiymət artımı var

İnhisarçılıq mövcuddur, süni qiymət artımı var

Bazarda inhisarçılıq mövcuddur. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Rəqabət Məcəlləsi Milli Məclisə daxil olmayıb. Baş nazirdən xahiş edirik ki, bu məsələyə diqqət etsin.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, həm ərzaq, həm gündəlik tələbat malları, həm də dərmanların qiymət artımı kifayət qədər yüksəkdir:

“Hiss olunur ki, qiymətlərin artması hələ müşahidə ediləcək. Qiymət artımını nə qədər idxal inflyasiyası ilə əlaqələndirsək də, burada əsas süni qiymət artımının qarşısının alınmasından söhbət gedir. Hesab edirəm ki, bu sahədə antiinflyasiya tədbirləri daha da genişləndirilməlidir, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti gücləndirilməlidir. Son günlər unun, çörəyin qiymətində müəyyən enmələr hiss olunmaqdadır”.

Teqlər: