İngiltərə Premyer Liqasının klubları VAR-ın gələn mövsümdən ləğv olunmasına səs verəcəklər.
AzerTimes Qol.az-a istinadən xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Bildirilib ki, İngiltərə Premyer Liqasında VAR-ın ləğv olunması ilə bağlı təklifi “Vulverhempton” klubu təqdim edib. Təklifin qəbul olunması üçün 20 klubdan 14-ü VAR sisteminin əleyhinə olmalıdırlar. Səsvermənin iyunun 6-da keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada VAR sistemindən çoxlu narazılıqlar olub. Öncə daha bir İngiltərə klubu “Nottingem Forest” tətbiqin fəaliyyəti ilə bağlı Premyer Liqaya etiraz məktubu göndərmişdi.