Böyük Britaniya hakimiyyəti İngiltərədə gecə klublarına və genişmiqyaslı tədbirlərə daxil olmaq hüququ verən peyvənd pasportlarını tətbiq etməkdən imtina edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid bildirib.
Nazir vurğulayıb: “Sadəcə pasportlar olsun deyə həmin vaksin pasportları tətbiq etməməliyik. Bu planların ləğv edildiyini bildirməkdən məmnunam”.
Qeyd edək ki, İngiltərədə vaksin pasportlarının tətbiqi planı ayın sonunda qüvvəyə minməli idi.