İngiltərədə boru kəmərindən neft sızması oldu

İngiltərədə boru kəmərindən neft sızması oldu

İngiltərənin qərbindəki Pul şəhərinin limanında “Perenko” neft-qaz şirkətinin boru kəmərindən neft sızması qeydə alınıb

AzerTimes xəbər verir ki, 200 barel civarında qatı maye qəza nəticəsində körfəzə tökülüb.

Məlumata görə, boru kəməri ilə neftin vurulması dayandırılıb, hadisə yerinə neft dağılmasının aradan qaldırılması üzrə mütəxəssislər cəlb olunub.

Yerli orqanlar sakinləri növbəti xəbərdarlığadək suda çimməkdən çəkinməyə çağırıb.

Teqlər: