İngiltərinin Liverpul şəhərində Qadın Xəstəxanası yaxınlığında avtomobilin partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Sky News televiziya kanalı bildirib.
“Təəssüf ki, təsdiq edə bilərik ki, bir nəfər ölüb, digəri isə xəstəxanaya aparılıb, o, aldığı xəsarətlərdən müalicə olunur. Xoşbəxtlikdən onun həyatı üçün təhlükəli deyil”, – deyə Mersisayd qraflığının polisi bildirib.
Məlumata əsasən, xəstəxana yaxınlığında dayanan taksinin partladığı ehtimal olunur.