Xəbər - Orxan Nəbiyev – Trend:
İngiltərədə 1941-ci ildə radar mərkəzi kimi inşa edilmiş bunker hərraca çıxarılıb.
AzerTimes-ın məlumatına görə, iki mərtəbədə 60 otağı əhatə edən bunker həm də bomba sığınacağı kimi fəaliyyət göstərib.
Bunkerin ilkin satış qiyməti 545 min dollardan çox dəyərləndirilib.
1958-ci ildə həmin obyekt Böyük Britaniya Daxili İşlər Nazirliyinin balansına keçib.