İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Nyukasl” “Mançester Yunayted”i qəbul edib.
AzerTimes-ın məlumatına görə, oyunun 7-ci dəqiqəsində meydan sahibi komandasının yarımmüdafiəçisi A. Sen-Maksimen hesabı açıb. Qonaqların hücumçusu E.Kavani 71-ci dəqiqədə hesabı bərabərləşdirib.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, 19 turdan sonra “Nyukasl” 11 xalla turnir cədvəlinin 19-cu yerində, 17 oyun keçirən “Mançester Yunayted” isə 28 xalla 7-ci yerdə qərarlaşıb.