İngiltərə Premyer Liqası: “Lester” “Arsenal”a məğlub olub

“Arsenal” futbol klubu İngiltərə çempionatının 10-cu turunda səfərdə “Lester”i 2:0 hesabı ilə məğlub edib.

AzerTimes-ın məlumatına görə, qalib komandanın heyətində qolları Qabriel (5-ci dəqiqə) və Emil Smit-Rou (18) vurub.

“Arsenal” qələbə sayəsində İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci pilləyə yüksəlib. London komandası 17 xal toplayıb.

Teqlər: