Futbol üzrə İngiltərə millisi Avropa çempionatları tarixində yeni rekorda imza atıb.
AzerTimes xəbər verir ki, britaniyalılar buna yarımfinal mərhələsində Niderlanda qalib gəlməklə (2:1) nail olublar.
Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv həm 1/4 final, həm də yarımfinal matçında məğlub durumda olmasına baxmayaraq, geridönüş edərək finala yüksələn ilk komanda olub.
Qeyd edək ki, İngiltərə millisi iyulun 14-də reallaşacaq final matçında İspaniya ilə üz-üzə gələcək.