Yanvarın 20-də futbol üzrə İngiltərə kubokunun ikinci finalçısı məlum olub.
Trend xəbər verir ki, ikinci yarımfinalda “Arsenal” öz meydanında “Liverpul” komandasını qəbul edib.
Görüş “Liverpul”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hər iki qolun müəllifi matçın 19-cu və 77-ci dəqiqələrində Dioqu Jota olub.
Bu qələbə sayəsində “Livepul” İngiltərə kubokunun finalına yüksəlib. Komandaların ilk görüşündə isə qalib müəyyənləşməmişdi (0:0).
Qeyd edək ki, finalda “Liverpul” klubu “Tottenhem”i iki oyunun nəticəsinə görə məğlub edən (2:0, 1:0) “Çelsi” komandası ilə görüşəcək.