İngiltərə-İran matçı 114 dəqiqə davam etdi, Taremi tarixə düşdü

İngiltərə-İran matçı 114 dəqiqə davam etdi, Taremi tarixə düşdü

İngiltərə və İran yığmaları arasında keçirilmiş B qrupunun ilk tur matçının (6-2) əsas vaxtına ümumilikdə 24 dəqiqə əlavə olunub.

AzerTimes xəbər verir ki, braziliyalı baş hakim Rafael Klaus birinci hissəyə 14, ikinci hissəyə isə 10 dəqiqə artırıb. Baş hakimin matça bu qədər vaxt əlavə etməsinə səbəb İran millisindəki zədələnmələr olub.

Qeyd edək ki, görüşün 90+13-cü dəqiqəsində fərqlənən İran yığmasının hücumçusu Mehdi Taremi mundiallar tarixində ən gec vurulmuş qolun müəllifi olub.

Teqlər: