İngiltərə Liqa Kubokunun finalında “Tottenhem” “Mançester Siti”yə 1: 0 hesabı ilə məğlub oldu.
Trend xəbər verir ki, qarşılaşma Londondakı “Uembli” stadionunda 7 773 tamaşaçının iştirakı ilə baş tutub.
Qolu 82-ci dəqiqədə Emerik Laporte vurub.
“Mançester Siti” 28 apreldə Çempionlar Liqasının ilk yarım-final görüşündə Fransa “PSJ”si ilə oynayacaq, “Tottenhem” isə mayın 2-də İngiltərə çempionatının 34-cü turunda “Şeffild Yunayted”lə qarşılaşacaq.