“Mançester Siti” İngiltərə futbol çempionatının 29-cu tur oyununda “Vulverxempton”a 4:1 hesabı qalib gəldi.
Trend xəbər verir ki, qaliblər arasında qolları Qabriel Jesus (80, 90-cı dəqiqələr) və Riyad Marez (90) vurublar. “Vulverxempton” tərəfdən yarımmüdafiəçi Leander Dendoker öz qapısına bir (15), rəgib komandaya isə Konor Kodi top keçiriblər (61).
Turnir cədvəlində “Mançester Siti” 65 xalla liderliyini davam etdirir. “Vulverxempton” 34 xalla 12-ci yerdədir.
Növbəti turda “Mançester Siti” martın 7-də “Mançester Yunayted”i qəbul edəcək, “Vulverxempton” isə martın 6-da “Aston Villa” ilə oynayacaq.