İngiltərə Premyer Liqasının 3-cü turunda “Liverpul” öz meydançasında “Çelsi” ilə 1:1 hesabla heç-heçə oynayıb.
AzerTimes-ın məlumatına görə, görüş “Enfild” stadionunda baş tutub.
Qolları “Çelsi”nin heyətində Kay Havertz (22-ci dəqiqə), “Liverpul”dan isə Muhammed Salah (45 + 5, penaltidən) vurublar.
“Liverpul” və “Çelsi” üç turdan sonra 7 xal toplayıblar.