İngiltərə Bankı uçot dərəcəsini artırıb

İngiltərə Bankı (Mərkəzi bank) ölkədə uçot dərəcəsini 1 faizədək
yüksəldib.

Trend-in
məlumatına görə, bu barədə bankın açıqlamasında deyilir.

Qeyd olunur ki, İngiltərə Bankının iclasında uçot dərəcəsinin
0,5 faiz artırılması təklif olunsa da, səs çoxluğu ilə bunun 0,25
faiz artırılması qərara alınıb.

Buna qədər İngiltərədə uçot dərəcəsi 0,75 faiz təşkil
edirdi.