21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
AzerTimes xəbər verir ki, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.
“Qarabağ Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının 5 qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.
Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.
Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.