İngilis səfir: Bakı-İrəvan sülhü üçün Rusiyanın təklifi…

İngilis səfir: Bakı-İrəvan sülhü üçün Rusiyanın təklifi…

Rusiyanın təklif etdiyi variantların qəbuledilməz olduğuna dair sübutlar var.

AzerTimes xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Qallager martın 20-də “Cənubi Qafqaz: Ukrayna müharibəsi kontekstində tendensiyalar və perspektivlər” mövzusunda müzakirə zamanı İrəvan və Bakı arasında aparılan danışıqları şərh edərkən deyib.

“Ancaq sülh prosesi gedir. Böyük Britaniya hər iki tərəfə kömək etməyə hazırdır ki, onlar konstruktiv şəkildə hər iki tərəf üçün məqbul həllər tapa bilsinlər”, – o bildirib.

Onun sözlərinə görə, nə qədər ki, sülhün bərqərar olması prosesi var, biz bundan yararlanmalıyıq:

“Tərəflər arasında dialoqu təşviq etmək və davamlı həllini təmin etmək lazımdır. Hansı platformanın daha effektiv olması ilə bağlı suallar ola bilər, lakin buna tərəflər qərar verməlidir. Qərbdən, o cümlədən ABŞ-dan kifayət qədər fəal iştirak var idi”.

Qeyd edək ki, tədbir İrəvanda keçirilir və Türkiyədən də ekspertlər qatılıb.

Teqlər: