İngilis nazirin Qarabağ açıqlaması İrəvanı “narahat” etmədi

İngilis nazirin Qarabağ açıqlaması İrəvanı “narahat” etmədi

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Substack” platformasında nəşr olunan xarici siyasət bülletenində Azərbaycanla bağlı ədalətli mövqe sərgiləyib. O qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad etməyi bacarıb.

AzerTimes xəbər verir ki, erməni politoloq Suren Surenyants bunu Qarabağla bağlı Qərb mövqeyinin səmimi şəkildə ifadə olunduğu nadir hallardan biri adlandırıb.

O iddia edib ki, bu, Qərbin ermənilərə qarşı olması demək deyil:

“Problem Qərbin regionda Rusiyanın təsirini zəiflətməyə yönəlmiş maraqlarıdır”.

Onun sözlərinə görə, Lemminin bu açıqlamasına rəsmi İrəvan heç bir reaksiya verməyib:

“Ancaq bu sözləri Lavrov desəydi, Ermənistanın məşhur dairələrində hansı hay-küy yaranacağını təsəvvür edin”.

Teqlər: