ABŞ-da mövcud vəziyyət, o cümlədən bazar qeyri-sabitliyi, artan inflyasiya, vətəndaş iğtişaşları və hərbi əməliyyatların riskləri birbaşa Amerika liderlərinin səhvlərini göstərir.
AzerTimes xəbər verir ki, bu barədə maliyyə ekspert Çarlz Ortel deyib.
“Dəyişkən bazarlarda, tüğyan edən inflyasiyada, qarışıqlıqda və yaxınlaşan müharibə təhlükəsində biz düşüncə liderlərinin nə qədər səhv etdiyini açıq şəkildə görməliyik”, – ekspert bildirib
Ortelin fikrincə, Amerika iqtisadiyyatının üzləşdiyi problemləri həll etmək üçün ilk növbədə ABŞ hökumətinə etimadı saxlamaq yox, siyasi dəyişikliklər etmək lazımdır.